Bu gün Beynəlxalq Radio Günü qeyd edilir

Hər il fevralın 13-ü Beynəlxalq Radio Günü kimi qeyd edilir.

Bu gün Beynəlxalq Radio Günü qeyd edilir

Hər il fevralın 13-ü Beynəlxalq Radio Günü kimi qeyd edilir. Həmin tarixin seçilməsi təsadüfi deyildir. Belə ki, 1946-cı il fevralın 13-də “BMT-nin radiosu” ilk dəfə efirə çıxmışdır.

Radio vasitəsilə yayım fəaliyyətləri tarix boyunca ən təsirli və əlçatan olub. Bunun daşıdığı əhəmiyyət hazırda da artaraq davam edir.   BMT-nin maraq dairəsində olan dünya miqyasındakı toqquşma, vətəndaş müharibələri və müharibələrin olduğu bölgələr, miqrantlar üçün ən sürətli məlumatlandırma vasitəsi bəsit bir batareya ilə işləyə bilən radioqəbuledici oldu. YUNESCO dünyanın müxtəlif yerlərindən dinləyicilərə dəqiq, keyfiyyətli və etibarlı məlumat çatdıra bilmək üçün bugünü qeyd edir və teşviq eliyir. Radionun humanitar yardım məqsədilə istifadə oluna bilməsi isə BMT-nin “radio-in-a-box” layihəsilə fəal şəkildə istifadə edilir.



Әlaqәli Xәbәrlәr