"Əsgər Kutül Amare" 18 yanvardan TRT 1 ekranlarında

“Əsgər Kütül Amare” seriyalı Birinci Dünya Müharibəsi zamanı baş verən hadisələrin Türkiyəyə aid hissəsinin qəhrəmanlıq hekayələrini canlandırır", İ.Eren.

887818
"Əsgər Kutül Amare" 18 yanvardan TRT 1 ekranlarında

  Türkiyə Radio Televiziya Qurumu - TRT hazırlıq prosesi iki ildən artıqdır davam edən, əsgər Kutül Amare haqqında çəkilən gerçək hekayənin tamaşaçılara təqdim ediləcəyini söylədi.

  Əsgər Kutül Amare haqqında serialın ilk bölümü 18 yanvar cümə günündən TRT 1 ekranlarında olacaq.

  TRT-nin Baş direktoru İbrahim Eren seriala böyük əmək sərf edildiyinə diqqəti çəkərək onun yalnız Türkiyədə deyil, xaricdə də baxılacağına inandığını bildirib:

  “Diriliş Ərtoğrul" və "Paytaxt Əbdülhəmid" seriallarının uğur qazanması TRT-yə böyük bir təkan oldu. Bu silsiləni “Əsgər Kutül Amare” ilə davam etdirmək istədik. İnanıram ki, tamaşaçılarımız serialın hər bölümünü böyük bir həyəcanla seyr edəcək. Möhtəşəm bir qəhrəmanlıq dastanı olan "Əsgər Kutül Amare" üzərində uzun zamandır işlədiyimiz bir layihə idi. Bu serialın da bəyəniləcəyinə tam inanıram.

   Serial üçün İstanbul Rivada Türkiyənin ən böyük film meydançası qurduq. İraqın Kut şəhəri, demək olar ki, yenidən “inşa edildi”. Bu nəhəng film meydançasından başqa, İstanbulun özündə, İzmir və başqa şəhərlərdəki tarixi məkanlarda da çalışıldı. Serial üçün minlərlə çadır, tüfəng, silah və sursat istehsal edildi".

  TRT seriallarla bağlı da dünya markası olma yolunda qərarlı addımlarla irəliləyir. Çəkdiyimiz hər serial əvvəlkindən daha yuxarı səviyyəyə çatır. İzlənmə rekordumuz və gələn müsbət reaksiyalar bizi yeni layihələrə həvəsləndirir. “Əsgər Kütül Amare” seriyalı Birinci Dünya Müharibəsi zamanı baş verən hadisələrin Türkiyəyə aid hissəsinin qəhrəmanlıq hekayələrini canlandırır".



Әlaqәli Xәbәrlәr