Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunacaq

Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə dekabrın 15-də “Muğam klub”da tədbir keçiriləcək.

868978
Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunacaq

Tədbir çərçivəsində Azərbaycanın UNESCO siyahılarında yer alan maddi və qeyri-maddi mədəni irs nümunələrinə həsr olunmuş rəsm sərgisi açılacaq. Həmçinin UNESCO üzrə Azərbaycan Milli Komissiyasının sədr və sədr müavinlərinin çıxışları dinləniləcək, UNESCO-nun Yubileylər Proqramına daxil edilmiş Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunacaq.

 

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr