V Beynəlxalq Media Təhsil Programı davam edir

Türkiyə Radio Televiziya Qurumu (TRT) tərəfindən təşkil olunan V Beynəlxalq Media Təhsil Programı (UMEP) ikinci günündə işinə davam edir.

V Beynəlxalq Media Təhsil Programı davam edir

Türkiyə Radio Televiziya Qurumu (TRT) tərəfindən təşkil olunan V Beynəlxalq Media Təhsil Programı (UMEP) ikinci günündə işinə davam edir.
 

 70  ölkədən 162 jurnalisti  Antalyada bir araya gətirən bu proqramının ikinci günündə televiziya və radio yayımçılığı, xəbər proqramları və yeni media sahəsinə aid təlimlər, forumlar, söhbətlər keçirilir, sənədli filmlər nümayiş olundu.
  
Proqramda Türk respublikaları, Asiya, Avropa, Afrika, Latın Amerikası ölkələri və Qafqazdan gələn dövlət və özəl media işçiləri iştirak edirlər
  
 Proqramın ikinc günündə böhran yayımçılığı," post truth" və yayımçılıq, media və islamofobiya, əyləncənin gələcəyi kimi aktual müzakirə mövzuları müzakirə olundu.
 
 TRT Yeni Media Kanal Koordinatorluğunun veb dizayneri Özgür Əlican "Rəqəmsal Mediada Estetik Təqdimat" mövzusunda çıxış etdi.
 
 TRT Radio Departamentinin rəhbəri Əhməd Akçakayanın  "Rəqəmsal Əsrdə Radio" mövzusunda təqdimatı oldu.

Qeyd edək ki, proqramda Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın multimedia və videoxəbər şöbəsinin müdiri Aygün Həsənova da iştirak edir.



Әlaqәli Xәbәrlәr