Daşkənddə Müslüm Maqomayevin 75 illiyi ilə bağlı konsert təşkil edilib

Özbəkistan Dövlət Konservatoriyasında görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyi münasibətilə “Məni xatırla” adlı yaradıcılıq gecəsi və konsert keçirilib.

Daşkənddə Müslüm Maqomayevin 75 illiyi ilə bağlı konsert təşkil edilib

Özbəkistandakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə mədəniyyət və incəsənət xadimləri, müslümsevərlər, konservatoriyanın professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev , böyük müğənni Müslüm Maqomayevin həyatı və yaradıcılığı haqqında söhbət açıb, onun xatirəsinin ürəklərdə yaşadığını bildirib.

Çıxış edənlər Müslüm Maqomayevin dünya musiqi mədəniyyətinin inkişafındakı böyük xidmətlərindən danışıblar.

Konsert proqramında Özbəkistanın Əməkdar Artisti Janisbek Piyazov, Əlişir Nəvai adına Özbəkistan Opera və Balet Teatrının solisti Kirill Borçaninov, Tatarıstan və Başqırdıstanın Əməkdar Artisti Firuza Xaldarova Müslüm Maqomayevin repertuarından olan ölməz mahnıları ifa ediblər.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr