Myanmalılar öz həyatlarını oynadılar

29 yaşlı yapon rejissor Akia Fujimotonun “Passage of Life" filmi Asiyanın ən böyük film festivallarından biri olan Tokio Beynəlxalq Film Festivalında "Asiyanın gələcəyi" mükafatını qazanıb.

Myanmalılar öz həyatlarını oynadılar

  Myanma qaçqınlarının yaşadığı çətinliklərdən bəhs edən “Passage of Life" filmi Yaponiya filmi Tokio Beynəlxalq Film Festivalında mükafat aldı.

  29 yaşlı yapon rejissor Akia Fujimotonun “Passage of Life" filmi Asiyanın ən böyük film festivallarından biri olan Tokio Beynəlxalq Film Festivalında "Asiyanın gələcəyi" mükafatını qazanıb.

  Anadolu Agentliyi müxbirinin suallarını cavablandıran A.Fujimoto deyib:

  “Mən Yaponiyanın Osaka şəhərində Vizual Sənətlər Məktəbində təhsil almışam. İlk filmim diplom müdafiə işim olub. Elə o gündən sonra film üzərində fikrimi cəmləşdirdim. Təxminən 4 ildir qaçqın böhranını araşdırırdım. Bugünkü dünyanın çox böyük problemidir.  Filmimdə qaçqın ailəsinin yaşadığı çətinliklərə toxunmuşam. Mən mövzuya fərqli prizmadan baxmaq istədim. Qaçqınlar çox acınacaqlı bir vəziyyətdə yaşayır. Amma bizim filmdə anlatmaq istədiyimiz həm də odur ki, onlar başqa bir ölkəyə getdikdən sonra da problemləri bitmir. Kimsənin düşünmək istəmədiyi məsələ: bu qaçqın insanların uşaqları da var. Uşaqlar nə edəcəklər? Hara gedəcəklər? Bu, mənə çox təsir edir. Mənim filmimin hekayəsi budur: Yaponiyadan Myanmaya qayıtsalar da, bu insanların, uşaqların problemləri bitmir. Mən istəyirəm ki, uşaqlar xoşbəxt olsun… Myanmada filmin çəkiliş prosesində bir çox çətinliklərin şahidi olduq. Amma biz, xüsusilə, bu uşaqların nələr yaşadıqlarına və nələrə şahid olduqlarına diqqət yetirdik. Təbii ki, hazırda Myanmada baş verənlər çox kədərlidir… Filmi təbii edən faktor isə peşəkar aktyorlar yerinə gerçək qaçqın myanmarlı ana və 2 uşağının rol almasıdır. Bu insanlar onsuz da bu problemləri yaşamış olduqlarından rol oynamağa ehtiyac qalmır. Həqiqəti oynadılar. Ata rolunu peşəkar aktyor icra edir.   Filmin dəyəri onun real olmasındadır… Bəziləri sənədli film kimi görsə də, mən bunu doğru hesab etmirəm. Sadəcə insanlar öz həqiqətlərini təbii şəkildə oynadılar”.



Әlaqәli Xәbәrlәr