Türkiyə və Azərbaycan: "Rənglərin qardaşlığı"

Azərbaycanın paytaxtı Bakıda Türkiyə və Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Rənglərin qardaşlığı" adlı sərgi açılıb və sərgi21 oktyabra qədər açıq olacaq.

Türkiyə və Azərbaycan: "Rənglərin qardaşlığı"

  Türkiyə opera artisti Oya Erkinin konsertindən sonra Bakı Yunis Əmrə İnstitutu, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təqdimat İdarəsi, İzmirin Balçova Bələdiyyəsi və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində təşkil olunan sərginin açılışı olub. Tədbirdə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, millət vəkilləri, ayrı-ayrı təşkilat nümayəndələri və çoxsaylı sənətsevər iştirak edib.

  Sərgidə Türkiyədən Bedri Karayağmurlar, Mahmud Durmuş, Reyhan Abacıoğlu, Faden Suzan Kudsioğlu, Gündoğdu Uğraş, Hatice Aydoğan, Azərbaycandan isə Günay Mehdizadə, Suğra Bağırzadə, Adilə Əfəndi, Ələsgər Kazımov, Rüfət Əsgərov, Azər İslam, Elmar Ağamirza, Mehriban Mehdizadə və Fatma Mövlamovanın əsərləri nümayiş olunub.

  Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım mətbuat nümayəndələrinə verdiyi açıqlamada bunları söyləyib: “Türkiyə ilə eyni mədəniyyətdən qidalanan qardaş ölkə Azərbaycanda müştərək mövzular üzrə layihələr həyata keçiririk. Bu çərçivədə Azərbaycan və Türkiyə rəssamlarını bir araya gətirdik. Təxminən 40 rəsm işi sənətsevərlərə təqdim olunub.”

  "Rənglərin qardaşlığı" sərgisi 21 oktyabra qədər açıq olacaq.



Әlaqәli Xәbәrlәr