Türkcə oxumaq üçün müraciət sayı həddini keçdi

Yunus Əmrə İnstitutu Hartum Kültür Mərkəzində açılan Türkiyə türkcəsində kurslara 3 mindən çox sudanlı müraciət edib.

826240
Türkcə oxumaq üçün müraciət sayı həddini keçdi

  Sudanda Yunus Əmrə İnstitutu Hartum Kültür Mərkəzinin rəhbəri Feyzullah Bahçi bu barədə məlumat verərək bildirib: “Sudanda bir ildir fəaliyyət göstəririk. 2016-cı ilin noyabrında bu günə qədər 900 şagirdimiz olub. Türk dilinə sudanlılar çox böyük maraq göstərir. Bizə həm rəsmi qurumlardan, həm ali məktəblərdən, həm də xalq içindəki sadə insanlardan türk dili dərslərinə gəlmək üçün müraciətlər gəlir. Heç bir reklam, elan verməmişik. Buna baxmayaraq, türkcə dərslərə təxminən 3 mindən çox müraciət gəlib. Bu qədər adama eyni vaxtda dərs keçmək mümkün olmasa da, tələblərə yetişməyə çalışırıq. Kursda 6 müəllimiz var. Yeni tədris ilində 520 şagirdə türkcə keçəcəyik.”



Әlaqәli Xәbәrlәr