Jamala BMT-nin xoşməramlı səfiri oldu

O, müasir köləliyə qarşı keçiriləcək informasiya kampaniyasında yer alacaq.

Jamala BMT-nin xoşməramlı səfiri oldu

  “Eurovision 2016” mahnı müsabiqəsinin birincisi Krım tatarı Jamala Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Miqrasiya Təşkilatının xoşməramlı elçisi oldu.

  BMT-dən bildiriblər ki, Jamala xoşməramlı səfir olaraq insan alverinə qarşı aparılan qlobal mübarizəyə qatılacaq. O, müasir köləliyə qarşı keçiriləcək informasiya kampaniyasında yer alacaq. Müğənni müasir köləlik problemiylə bağlı klipdə çəkiləcək.

  Xatırladaq ki, Jamala İsveçin paytaxtı Stokholmda 2016-cı il 61-ci Avroviziya (Eurovision) Mahnı Müsabiqəsində Krım tatarlarının deportasiya və nənəsinin yaşadığı faciəni anladan "1944" adlı mahnı ilə Ukrayna təmsil etmiş və 534 xalla birinci olmuşdu.



Әlaqәli Xәbәrlәr