Da Vinçinin “Salvator Mundi” adlı əsəri hərracda satılacaq

Avropada İntibah dövründə yaşamış məşhur rəssam Leonardo da Vinçinin “Kişi Mona Liza” kimi tanınmış “Salvator Mundi” adlı əsəri hərracda satılacaq.

Christie's Hərrac Evi Da Vinçinin “Salvator Mundi” adlı portret əsərinin təxmini olaraq 100 milyon dollardan hərraca çıxarılacağını açıqlayıb.

Rəsmin Honq Kong, San Francisco, London və New Yorkdakı sərgilərində nümayiş etdiriləcəyini elan edən hərrac evi əsəri noyabr ayının ortasında satacaq.

Da Vinçi 1500-cü ilə məxsus rəsmdə yağlı boyaqla mavi və qırmızı xalat içində əlində kristal kürə tutan Hz. İsanı təsvir edib.

Hərrac evi əsəri satışa çıxaranın şəxsiyyəti barədə məlumat verməyib, ancaq avropalı özəl kolleksiyaçı olduğunu bildirib.

Әlaqәli Xәbәrlәr