Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı.

820957
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı

2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlandı.

İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kadzuo İsiquro layiq görüldü.

Hazırda İngiltərədə yaşayan İsiquro romanlarını da ingilis dilində yazır.                             

Yazıçı 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. Beş yaşında olarkən onun ailəsi İngiltərəyə köçüb. K. İsiquro 1978-ci ildə Kent Universitetində bakalavr dərəcəsi alıb. 1981-ci ildən yaradıcılıqla məşğuldur. O, “Məni getməyə qoyma”, “Uşaqlığımı axtaranda”, “Uzaq təpələr” və s. romanları ilə məşhurdur.

“Məni getməyə qoyma” romanı əsasında film də çəkilib. 

Qeyd edək ki, 1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb. 

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. 



Әlaqәli Xәbәrlәr