Mərakeşdə XV Aralıq Dənizi Qısa Film Festivalı

“Tədbir regionda yaşanan dəyişikliklər fonunda Aralıq dənizi ölkələri arasında fikir və mədəniyyətlərin görüşü üçün bir fürsətdir”, M.Arac.

Mərakeşdə XV Aralıq Dənizi Qısa Film Festivalı

   Mərakeşin Tanca şəhərində XV Aralıq Dənizi Qısa Film Festivalı başlayıb.

  Mərakeş Kino Mərkəzi tərəfindən təşkil edilən festivalın açılışında İnformasiya naziri Məhəmməd Arac çıxış edərək deyib: “Tədbir regionda yaşanan dəyişikliklər fonunda Aralıq dənizi ölkələri arasında fikir və mədəniyyətlərin görüşü üçün bir fürsətdir”.

  22 ölkədən çox sayda filmin göstəriləcəyi tədbirdə Türkiyədən də 5 qısametrajlı film yer alır.

  Festivalda "Böyük mükafat", "Münsiflər Heyəti Xüsusi mükafatı", "Ən yaxşı ssenari", "Ən yaxşı rejissor", "Ən yaxşı aktyor" və "Ən yaxşı aktrisa" nominasiyaları üzrə mükafatlar sahiblərinə təqdim ediləcək.



Әlaqәli Xәbәrlәr