“Türk tarixi üçün önemli addım atıldı”

Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə “Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi” mövzusunda III beynəlxalq ekspedisiya keçirildi.

810332
“Türk tarixi üçün önemli addım atıldı”

Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə “Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi” mövzusunda III beynəlxalq ekspedisiya keçirildi. Avqustun 15-də Monqolustanın Kentay bölgəsindən başlayan tədqiqat səfəri sentyabrın 18-də Qazaxıstanın Jezkazqan şəhərinin Ulutau qəsəbəsində başa çatdı.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Başqırdıstan və Dağıstandan dövlət və ictimai xadimlərin, tarixçi-arxeoloqların və media nümayəndələrinin iştirak etdikləri ekspedisiya çərçivəsində Qazaxıstanın mərkəzi əyalətlərində tarixi cəhətdən böyük əhəmiyyətə malik ərazilər ziyarət edilib.

TWESCO-nun sədri Darxan Kıdıralinin rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Qazaxıstandakı ən qədim tikililərdən olan Dombaul movzeleyini, XII-XIII əsrlərə aid Alaşa, Qızıl Orda dövlətinin qurucusu olan Batu xanın və onun atası Cuçi xanın türbələrini ziyarət ediblər.

Daha sonra Satpayev şəhərində məşhur geoloq Kanış Satpayevin abidəsi önünə əklil qoyulub, iştirakçılara alimin fəaliyyəti haqqında məlumat verilib. Ziyarətçilər Satpayev şəhərinin tarix muzeyində bölgədə tapılan, qədim Türk tarixinə aid tapıntılarla tanış olub və Ulutau qəsəbəsində Xan Ordası heykəlini ziyarət ediblər.

Səfər çərçivəsində Ulutau bölgəsindən olan ziyalıların iştirakı ilə elmi konfrans təşkil edilib.

Konfransda səfərin məqsədi haqqında danışan Darxan Kıdırali tədqiqat ekspedisiyasının Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Gələcəyə yol: mənəvi dirçəliş” adlı məqaləsində toxunduğu tarixi şüura fəallıq qazandırılmasına xidmət etdiyini bildirib. O, beynəlxalq kəşfiyyat səfərinin bu sahədə elmi tədqiqatlar üçün zəmin yaratdığını, Türk xalqları arasında dostluğu və birliyi gücləndirdiyini də deyib. 

Qeyd edək ki, arxeoloji səfər bir aydır davam edirdi.



Әlaqәli Xәbәrlәr