V Beynəlxalq Boğaziçi Film Festivalına müraciətlərin vaxtı uzadıldı

Tammetrajlı Film Müsabiqəsi üçün "Ən yaxşı film" 100 min lira ilə mükafatlandırılacaq.

808256
V Beynəlxalq Boğaziçi Film Festivalına müraciətlərin vaxtı uzadıldı

  Beynəlxalq Boğaziçi Kino Qurumu və İstanbul Media Akademiyası tərəfindən təşkil edilən V Beynəlxalq Boğaziçi Film Festivalı 17-26 noyabr tarixlərində keçiriləcək.

  İstanbul Media Akademiyasından verilən məlumata görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə reallaşan festivalda Beynəlxalq Tammetrajlı Film Müsabiqəsi və Beynəlxalq Qısametrajlı Film Müsabiqəsinə son müraciət tarixi 22 sentyabra qədər uzadılıb.

  Tammetrajlı Film Müsabiqəsi üçün "Ən yaxşı film" 100 min lira ilə mükafatlandırılacaq.

  Bundan başqa, "Ən yaxşı rejissor", "Ən yaxşı aktyor", "Ən yaxşı aktrisa", "Ən yaxşı ssenari", "Ən yaxşı görüntü rejissoru", "Ən yaxşı quruluşçu rejissor" və s. Nominasiyalar üzrə də müxtəlif mükafatlar veriləcək.

  Festivalda həmçinin dünya kinosu, qısametrajlı və cizgi filmlərin ekran həllinə qədərki hazırlanma prosesi də sənətsevərlərə təqdim ediləcək. Film sektorunun tanınmış nümayəndələrilə də qonaqlar görüşə biləcək.

  Müsabiqələrin əsasnamə, müraciət formaları və s. məlumatları festivalın www.bogazicifilmfestivali.com internet saytından əldə etmək mümkündür.



Әlaqәli Xәbәrlәr