2 min illik əmzik şüşəsi

Çanaqqala vilayətinin Biqa qəbəsəsinin Kəmər kəndi yaxınlığındakı Ellenistik dövrün ən önəmli antik liman şəhəri Parionda aparılan qazıntı fəaliyyətlərində 2 min illik əmzik şüşəsi tapıldı.

2 min illik əmzik şüşəsi

Çanaqqala vilayətinin Biqa qəbəsəsinin Kəmər kəndi yaxınlığındakı Ellenistik dövrün ən önəmli antik liman şəhəri Parionda aparılan qazıntı fəaliyyətlərində 2 min illik əmzik şüşəsi tapıldı.

Parion qədim şəhərində qazıntıları aparan heyətin üzvü və Atarük Universitetində vəzifəli Dos. Dr. Həsən Kasapoğlu tarixi şəhərdə 2017-ci ildə də qazıntıların davam etdiyini söyləyib.

Kasapoğlu qazıntılar nəticəsində çox əhəmiyyətli qalıq kimi qəbul etdikləri əmzik şüşəsi tapdıqlarını deyib. Şüşənin tək saplı və əmzik ağızlı olduğunu vurğulayıb.

“Bu əmzik şüşələrindən antik çağda Roma dövründə, zəmanəmizdən 2 min il əvvəl çağaların sıyıq yemələri yaxud da süd içmələri üçün istifadə edilirdi. Bunlar bişmiş torpaqdan düzəldilib. Sonra isə bişirilib hazır hala gətirilib. Belə şüşələrə bəzi çağa məzarlarında da təsadüf etdik”-deyə müəllim Kasapoğlu qeyd edib.

Kasapoğlu 50-100 millilitr arası həcmi olan şüşələrə Ellenistik dövrdən etibarən istifadə edilən növlər kimi təsadüf edə bildiklərini söyləyib.



Әlaqәli Xәbәrlәr