Türk qırıcılarının nümayişi

Türk Hava Qüvvələrinin F-16 nümayiş qrupu ‘Solo Türk’, Belçikada çıxış edib.

Türk qırıcılarının nümayişi

Sanicole Aviasiya Klubu tərəfindən sayca 40-cı təşkil edilən beynəlxalq hava tədbirinə Belçika ev sahibliyi edib.

250 min nəfərin izlədiyi tədbirdə ‘Solo Türk’ qrupu böyük təqdirlə alqışlanıb.

Tədbirin sonunda yüzlərlə tamaşaçı Türk pilotlarından imza almaq üçün Solo Türk stendinin qarşısında toplandı.

Hechtel-Eixel şəhərində təşkil edilən Solo Türk hava nümayişində aralarında Belçika, ABŞ, Böyük Britaniya, Fransa və İtaliyanın da olduğu bir çox ölkədən xeyli sayda qrup iştirak edib.



Әlaqәli Xәbәrlәr