Misirdə 3500 il əvvələ aid yeni mumiyalar tapıldı

Tarix əvvəlinə işıq tutma cəhdlərində Misirdə yeni nəticə əldə edildi.

Misirdə 3500 il əvvələ aid yeni mumiyalar tapıldı

Tarix əvvəlinə işıq tutma cəhdlərində Misirdə yeni nəticə əldə edildi.

Paytaxt Qahirənin 700 km cənubunda yerləşən Əl-Uksur şəhərində tarix əvvəli dövrlərə məxsus yeni məzar aşkarlandı.

Mumiyaların hamısı eyni məzarda aşkar edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, həmin məzar kralın zərgərinə aid olub. Məzarda zərgərin, onun həyat yoldaşının və uşaqlarının mumiyaları tapılıb.

Mumiyalı qadın 50 yaşında sümük xəstəliyinə görə həyatını itirib. 20 və 30 yaşlarında olduqları düşünülən uşaqların mumiyaları isə yaxşı şərtlərdə mühafizə edilib.

Məzarın eradan əvvəl 16-cı əsrə məxsus olduğu güman edilir. Məzarda mumiyalarla yanaşı bir sıra əşyalar da tapılıb. Bunlar arasında maskalar və bir sıra daş-qaş da diqqətləri cəlb edir.

Misirin tarixi Əsərlər Nazirliyi bölgədəki qazıntı fəaliyyətlərinin davam edəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr