İtaliyada Türk Festivalı keçirildi

İtaliyanın şimal-şərqindəki Trento bölgəsinin Alp dağlarının ətəklərində yerləşən Moena qəsəbəsində ənənəvi Türk Festivalı keçirildi.

İtaliyada Türk Festivalı keçirildi

 İtaliyanın şimal-şərqindəki Trento bölgəsinin Alp dağlarının ətəklərində yerləşən Moena qəsəbəsində ənənəvi Türk Festivalı keçirildi.
 
 Bu festivala 300 ildən artıq ev sahibliyi edən Moena "Türk qəsəbəsi" olaraq da adlandırılır.
 
 Türkiyədən kilometrlərlə uzaqda Türk bölgəsi kimi tanınan, Osmanlı və Türk bayraqları asılan qəsəbənin əhalisi Türkiyəni görməsələr də: "Biz Türkük" deyirlər.
 
 Tarixi 300 il əvvələ söykənən festival 2-ci Vyana Mühasirəsindən sonra bu qəsəbədə məskunlaşan və qısa müddətdə xalqın etibarını qazanan yeniçəri - Balaban Həsəni yad etmək üçün keçirilir.
 
 Festival bu il də rəngli görüntülərin səhnəsi oldu.
 
 Türkiyə bayraqları və güllərlə bəzədilən italyan qəsəbəsindən mehtər ansamblının coşğun səsləri yüksəldi.
 
 Türkiyə-İtaliya dostluğunu möhkəmləndirən festival Türkiyənin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
 
 Festival çərçivəsində Türk mətbəxinin bənzərsiz nümunələri, Ebru əl işləri və Türk folklor ansamblının çıxışları rəğbətlə qarşılandı.



Әlaqәli Xәbәrlәr