“Manas” epopeyası İstanbulda heykəlləşdi

İstanbulun Sütlüce parkında ucaldılan Manas heykəlinin açılışı Qırğızıstan Baş naziri Soroonbay Ceenbekov və Mədəniyyət və Turizm naziri Numan Kurtulmuşun iştirakıyla olan mərasimlə edildi.

“Manas” epopeyası İstanbulda heykəlləşdi

   N.Kurtulmuş çıxışında söylədi: “Bir-birindən minlərlə kilometr uzaqda olan eyni millətin, iki dövlətin bir araya gəlməsindən məmnuniyyət duyuram. Aramıza girən görünməz divarlar qaldırılır və inşallah, bütün divarlar da qaldıraraq, daha çox yaxınlaşacağıq, ortaq hədəflərə doğru birlikdə gedəcəyik".

  Qırğızıstanın Baş naziri və onu müşayiət edən heyətlə dünən paytaxt Ankarada reallaşan danışıqlarda iki ölkə arasında fikir birliyi, ortaq hədəflər, mənfəət birliyini xatırladan Kurtulmuş bundan sonra daha canlı bir iş mühiti içinə girəcəklərini bildirib.

  Qırğızıstan Baş naziri Soroonbay Ceenbekov isə İstanbulda qoyulan Manas heykəlinin bütün türk dünyasının qardaşlıq simvolu olduğunu vurğulayıb: “İki xalqın dostluğunu gücləndirən Manas heykəlinin İstanbulda qoyulması bizim üçün çox qiymətlidir. Bu hadisə iki xalqın yaxınlaşmasını gücləndirəcək və yeni tarix yazılacaq… Qırğızıstan müstəqilliyini elan etdikdən sonra Türkiyə bizdən yardımlarını əsirgəmədi və biz bunu heç vaxt unutmayacağıq".

  Mərasimdə çıxış edən İstanbul Böyükşəhər Bələdiyyə sədri Kadir Topbaş isə Qırğızıstanın paytaxtı Bişkekdə Osmanlı imperatoru Fateh Sultan Mehmetin heykəlinin ucaldılmasını təklif etdi.

  Proqramda qırğız sənətçiləri “Manas” dastanından parçalar səsləndirdilər.



Әlaqәli Xәbәrlәr