Karantina adası sahillərində aşkar edilən Roma şəhəri

İzmir vilayətinin Urla qəsəbəsinin Karantina Adası sahillərində aşkar edilən batmış Roma şəhərini gün işığına çıxarmaq üçün fəalliyətlərə başlanılıb.

Urla_Batık- 2.jpg

İzmir vilayətinin Urla qəsəbəsinin Karantina adası sahillərində aşkar edilən batmış Roma şəhərini gün işığına çıxarmaq üçün fəalliyətlərə başlanılıb.

Dünyanın ən əhəmiyyətli sualtı arxeologiya layihələrindən olan Urladakı Liman Tepe qazıntılarında aşkar edilən Roma şəhəri qazıntı işlərindən sonra Arxeopark olaraq turizmə də xidmət göstərəcək.

Urlada dənizdən çəkilən hava şəkilləri ilə müəyyən edilən ləkələrin Klazomenai tarixi şəhərinin dənizdə qalan hissələri olduğunun aydın olmasından sonra Ankara Universiteti Sualtı Arxeoloji Araşdırma və Tətbiq Mərkəzinin koordinasiyasında həyata keçirilən sualtı qazıntılarında eradan əvvəl 7-ci min ildən Roma dövrünə qədər məskunlaşmalara aid qalıqlara təsadüf edilib.

 Arxaik limanda 2000-ci ildən bəridir davam edən işlərdə təxminən 6 min 500 il davamlı məskunlaşma olduğu müəyyən edilən Liman Təpədə keçən il Karantin adası sahillərində da bir Roma şəhəri müəyyən olundu.

Roma şəhərinin eradan əvvəl mininci illərdə baş verən zəlzələ  nəticəsində çökdüyü və su altında qaldığı güman edilir.



Әlaqәli Xәbәrlәr