Afrodisias YUNESKO-nun ümumdünya mirası siyasıhına daxil edildi

Türkiyənin Aydın şəhəri Karacasu qəsəbəsindəki Yunan və Roma dövrlərinə aid antik şəhər - Afrodisias YUNESKO-nun Dünya Mirası siyahısına daxil edilldi.

Afrodisias YUNESKO-nun ümumdünya mirası siyasıhına daxil edildi

  Mövzu ilə əlaqədar qərar Polşanın Krakov şəhərinin ev sahibliyi etdiyi 41-cü Dünya Mirasları Toplantısında qəbul edilib.

  Aydın şəhəri Karacasu qəsəbəsindəki Afrodisias arxeoloji mərkəzində ilahə Afrodita məbədi yerləşir.

  Eradan əvvəl ikinci əsrdən 6-cı əsrə qədər görkəmini qoruyan antik şəhər Afrodisiasın YUNESKO-nun Dünya Mirası siyahısına daxil edilməsiylə Türkiyənin siyahıdakı mədəniyyət abidəsi sayı 17-yə çatdı.

  Qeyd edək ki, yığıncaqda Danimarka, Fransa, Almaniya, İran, Polşa, Rusiya, Yaponiya, Braziliya, İngiltərə və Xorvatiya, İtaliyadan da 11 mədəniyyət abidəsi Dünya Mirası siyahısına əlavə olunaraq qorunmaya alınıb.



Әlaqәli Xәbәrlәr