"Rocky" və "Karate  Uşaq" filmlərinin rejissoru vəfat etdi

Dünya səviyyəsində məşhur olan "Rocky" və "Karate  Uşaq" kimi filmlərin rejissoru John G. Avildsen 81 yaşında həyatla vidalaşdı.

"Rocky" və "Karate  Uşaq" filmlərinin rejissoru vəfat etdi

Dünya səviyyəsində məşhur olan "Rocky" və "Karate  Uşaq" kimi filmlərin rejissoru John G. Avildsen 81 yaşında həyatla vidalaşdı.

Məşhur rejissor mədəaltı vəzi xərçəngindən müalicə olunurdu. 
 
 Rocky filminin qəhrəmanı Sylvester Stallone sosial media vasitəsilə Avildsenin ölümünə görə dərindən kədərləndiyini ifadə etdi:" Hər şeyimə görə Avildsenə borcluyam. Ehtirası, səbri və cəsarəti ilə həyatımı dəyişdirdi" dedi.
 
 Amerikan Film Rejissorları Dərnəyinin sədri Paris Barclay də "İllərlə qələbə, cəsarət və insan hisslərindən bəhs edən filmləri ilə bütün dünyada milyonlarla adamın qəlbini fəth etdi" ifadələrini işlətdi.
 
"Karate Uşaq" filmi 1984-cü ildə Avildsenə böyük uğur qazandırmışdı.



Әlaqәli Xәbәrlәr