Türkiyə serialları 300 milyon dollar məbləğində gəlir gətirir

İspanyanın "ABC"qəzetində Türkiyə serialları haqqında yazı dərc olundu.

Türkiyə serialları 300 milyon dollar məbləğində gəlir gətirir

İspanyanın "ABC"qəzetində Türkiyə seriallarından yazdı. 

Yazıda:" Türk Hava Yolları (THY)  və Türkiyə serialları Türkiyənin markasını bütün dünyaya yaymaq üçün istifadə edilən ən əhəmiyyətli faktorlardır. Türkiyə serialları yalnız bir il ərzində 100 ölkəyə satılaraq, 300 milyon dollarlıq qazanc gətirdi. Beynəlxalq bazarlara çıxaraq böyüməyə davam edən Türkiyə serial sənayesi Ərəb və Latın ölkələrində diqqətçəkizi bir müvəffəqiyyət əldə etdi. Xüsusilə, Türkiyə Radio Televiziya Qurumunda (TRT) hər həftə göstərilən və tarixi işıqlandıran serialllar əcnəbi televiziya kanallarında da həyəcanla izlənir. Bunlardan biri də "Diriliş- Ərtoğrul" serialıdır. Prezident Rəcəb Tayyib Ərdoğanın Osmanlı xanədanının qurucusu Birinci Osmanın atasının həyatından bəhs edən serialı:"Aslanlar öz hekayələrini yazmağa başlamadıqca, ovçular hər zaman qəhrəman olacaq",- deyərək tərifləmişdi. Digər bir nümunə də, İkinci Əbdülhəmidin həyatından bəhs edən "Paytaxt Əbdlhəmid" serialıdır" deyilir.

 



Әlaqәli Xәbәrlәr