Perge amfiteatrı əvvəlki əzəmətinə qaytarılır

Roma dövrünə aid 12 min nəfərlik Perge amfiteatrı bərpa edilərək köhnə əzəmətinə qaytarılacaq.

perge stadyumu, antalya.jpg
perge stadyumu.jpg

  Roma dövrünə aid 12 min nəfərlik Perge amfiteatrı bərpa edilərək köhnə əzəmətinə qaytarılacaq.

  Türkiyənin Antalya şəhərində eramızdan əvvəl 2-ci əsrdən qalma, Anadolunun ən böyük antik stadionlarından biri olan Perge amfiteatrı yenidən dirçəldilir.

  Antalya valiliyinin rəhbərliyilə həyata keçirilən işlər çərçivəsində Perge antiq şəhərinin bəzi memarlıq abidələri bərpa edilir. Bu istiqamətdə Perge amfiteatrının ilkin dövrünə salınması üçün alimlərdən ibarət olan elmi heyəti təşkil olunur.

  Anadolunun ikinci böyük qədim və ən yaxşı qorunmuş birinci stadionu olan Perge amfiteatrının bərpası üçün bölgədəki antik və əhəng daşlarından istifadə ediləcək. Burada bəzi idman yarışlarının da keçirilməsi planlaşdırılır.

  Pergenin yenidən ayağa qaldırılması üçün təxminən 4 milyon liralıq vəsait ayrılıb. Bərpa işlərinin 2018-ci ildə sona çatdırılması nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr