"Beynəlxalq TRT Sənədli Film Mükafatları" nın qalibləri müəyyən olundu

TRT-nin bu il 9-cu dəfə təşkil etdiyi "Beynəlxalq TRT Sənədli Film Mükafatları" müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu.

"Beynəlxalq TRT Sənədli Film Mükafatları" nın qalibləri müəyyən olundu

Türkiyə Radio Televiziya Qurumunun (TRT) bu il 9-cu dəfə təşkil etdiyi "Beynəlxalq TRT Sənədli Film Mükafatları" müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu.
 
 Camal Rəşid Rey Konsert Zalında keçirilən mükafatvermə mərasimində Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş da iştirak etdi.
 
 Kinodokumentalistlərin  həyatın reallıqlarını həqiqi aktyorlar vasitəsilə çox gözəl bir şəkildə göstərdiklərini qeyd edən Kurtulmuş:"Bu ilin mövzusu "Miqrasiya və Diskriminasiya"dır. Mövzu ilə əlaqədar  çox gözəl sənədli filmlər müsabiqəyə girdi. Ümidvaram ki, bu filmlərlə həyatın həqiqətlərini Türkiyə  və dünya ictimaiyyətinə çatdırmaq mümkün olmuşdur" deyə danışdı.

 Numan Kurtulmuş müsabiqədə əməyi keçənlərə və TRT-yə təşəkkür edərək: "TRT bu sənədli filmlər vasitəsilə həm milli, həm də beynəlxalq sahədə çox sayda rejissorun, çox sayda kinoşünasın bu müsabiqəyə qatılmasını təmin etdi. Xüsusilə, Türkiyədə çox sayda universitet tələbəsi dostlarımız da bu yarışlara qatılaraq müvəffəqiyyətə doğru  ilk addımlarını atdılar" ifadələrini işlətdi.
 
 "Beynəlxalq Kateqoriya"da  Xocaqulu Narlıyev, Florian Thalhofer, Semih Kaplanoğlu, Paskal Bensoussan, Sergi Dolade və Reem Baderdən ibarət jüri heyəti mükafat alan filmləri müəyyən etdi.
 
 Mərasimdə "Beynəlxalq Kateqoriya"da "T.C. Mədəniyyət və Turizm Nazirliyi Mükafatı"nı "Suriyada Həqiqətlər" filmi ilə Hernan Zinin, "Üçüncülük Mükafatı" da "Çinin Van Goghları" filmi ilə Haibo Yu və Kiki Tianqi Yun qazandı.
 

"Milli Professional Kateqoriyası"nda "Ən Yaxşı Film" mükafalarına "Üzləşmə" adlı filmi ilə Nejla Dəmirçi, "T.C. Mədəniyyət və Turizm Nazirliyi" mükafatına "Yuxuda Ayılmaq" filmi ilə Münir Alper Doğan, "Üçüncülük" mükafatına isə "Gənc Pəhləvanlar" filmi ilə Mete Gümürhan layiq görüldülər.
 
 "Milli Tələbə Filmləri Kateqoriyası"nda  "Ən Yaxşı Film" mükafatını "Qırmızı" adlı filmi ilə Əbdürrəhman Dəmir aldı. Həsən Ərdoğmuşun "İstərdim" filminə "T.C. Mədəniyyət və Turizm Nazirliyi Mükafatının" verildiyi tədbirdə "Buludların Arxasında" adlı filmin rejissoru Fateh Ertəkin  "İstanbul Universiteti Mükafatı"nın sahibi oldu.
 
325 min TL məbləğində olan mükafatın verildiyi gecədə Sezər Ağgez "Dişə Diş Gözə Göz" filmi ilə, Mehmet İsmayıl Çeçen də "Məzarlıq Çalğıçıları" filmi ilə 35 min TL məəbləğində olan "Layihə Dəstək Mükafatı"nı aldılar.

 



Әlaqәli Xәbәrlәr