Aytmatovun adı İstanbuldakı parkda bir daha əbədiləşir

Ümumtürk dünyasının məşhur yazıçısı Çingiz Aytmatovun adı İstanbulun Maltepe rayonunda əbədiləşəcək.

Aytmatovun adı İstanbuldakı parkda bir daha əbədiləşir

  Ümumtürk dünyasının məşhur yazıçısı Çingiz Aytmatovun adı İstanbulun Maltepe rayonunda əbədiləşəcək.

  Maltepe Bələdiyyə Məclisi Ç.Aytmatovun adını bir parkda əbədiləşdirmək qərarı verib.

  Hal-hazırda parkda hazırlıq işləri gedir.

  Daha çox “Cəmilə, “Sərvi boylum, al yaylıqlım” və “Gün var əsrə bərabər” kitabları ilə dünya şöhrəti qazanan qırğız yazıçısı, jurnalist və tərcüməçi Çingiz Aytmatovun əsərləri Türkiyədə həm də səhnə həllini tapıb. Yazıçının “Sərvi boylum, al yaylıqlım” (“Selvi Boylum, Al Yazmalım”) əsəri əsasında eyni adlı bədii film çəkilib. (Ç.Aytmatovun “Gün var əsrə bərabər” əsəri isə 1998-ci ildə Rusiyada lentə alınıb.)

  Xatırladaq ki, 1928-ci il anadan olan yazıçı 2008-ci ildə böyrək çatışmazlığından dünyasını dəyişib.



Әlaqәli Xәbәrlәr