Türkiyə kinosu Bülent Kayabaşı itirdi

Türkiyənin “Yeşilçam” kinostudiyası böyük aktyorunu itirdi.

Türkiyə kinosu Bülent Kayabaşı itirdi

  Bülent Kayabaş ağciyər çatımazlığı səbəbindən həyatla vidalaşdı.

  72 yaşlı aktyordan xatirə unudulmaz filmləri qaldı.

  25 avqust 1945-ci ildə Türkiyənin Eskişehir şəhərində dünyaya gələn Bülent Kayabaş 1961-ci ildə Eskişehir Bələdiyyə Teatrında professional aktyor kimi fəaliyyətə başladı və bir çox teatr tamaşasında rol aldı.

  Tam adı Osman Bülent Kayabaş olan aktyor son illər seriallara çəkilir  və kinofilm dublyajında səsləndirmələr edirdi. “Winnie The Pooh” serialını 14 il səsləndirib.

  Ustad aktyor 1981-ci ildə "Avni Dilligil" filminə görə “Ən yaxşı aktyor” mükafatını alıb.

 


Etiketlәr: Bülent Kayabaş

Әlaqәli Xәbәrlәr