Taksimdə ənənəvi lalə fesivalı başladı

Taksim Meydanı bu il 12-ci dəfə keçirilən İstanbul Lalə Festivalı çərçivəsində lalələrlə bəzədilməyə başladı.

Taksimdə ənənəvi lalə fesivalı başladı

  "İstanbul Laləsi ilə Görüşür" şüarı ilə başlanılan İstanbul Lalə Festivalı çərçivəsində məşhur Taksim Meydanı bir dövrə adını verən, şərq mədəniyyət və mifologiyasında özünəməxsus yerə malik olan lalə ilə yenidən görüşdü.
 
 Konyadan gətirilən 160 növ və 1278 yeşik lalənin əkildiyi meydanda bütövlükdə 143 min lalə sərgilənəcək.
 
 İnsanlar lalələrin yanında bol-bol xatirə şəkli çəkdirir.
 
 Müxtəlif ölkələrdə bir çox növü olan lalələrin ən diqqət çəkənlərindən biri olan İstanbul Laləsi bu ayın sonuna qədər  şəhərin bir sıra park və bağlarında, Emirgan Qoruğu başda olmaqla, bəzi qoruqlarda və Taksim Meydanında nümayiş etdiriləcək.
 
 Emirgan Qoruğundakl Ağ Saray Bağçasında bu gün açılacaq festivalı İstanbul Lalə Fondu (İLAV) Sərgi Salonunda İsmayıl Acar Lalə Festivalı Ənənəvi Rəsm Sərgisi ilə davam edəcək. İSMEK-in Taksim Cümhuriyyət Sənət Qalereyasında təşkil edəcəyi Aks-iLalə adlı illüstrasiyalı xəttatlıq sərgisi isə sabah açılacaq.
 
 İstanbulun parklarında, bağlarında, qoruqlarında və köşklərində açan lalələrin foto-müsabiqəsi keçiriləcək.



Әlaqәli Xәbәrlәr