Dünən xristian dünyası Pasxa bayramını qeyd etdi

Dünyada 2 milyarddan çox xristian, İsa peyğəmbərin dirilişinə həsr edilən Pasxa bayramını qeyd etdi. Pasxa xristian dünyası üçün ən asam dini bayramdır.

diyarbakır paskalya.jpg
mardin paskalya.jpg

Katolik Xristian aləminin mərkəzi Vatikan da görkəmli bayram mǝrasiminə ev sahibliyi etdi.

Katolik aləminin ruhani lideri Papa Franciscus, Əziz Peter Meydanında təşkil edilən ayində etdiyi çıxışında, Suriyadakı qarşıdurmalara diqqət çəkdi. Qarşıdumanın qurbanlarının məsum insanlar olduğunu qeyd etdi.

Türkiyənin müxtəlif yerlərində də Pasxa bayramı coşğuyla qeyd olundu.

İstabulda Aya Yorgi Kilsəsində Fənər Rum Patriarxı Bartholomeosun rəhbərliyindəki ayində şamlar yandırıldı Yunan dilində qəsidələr və dualar oxundu.

Hatayda yaşayan pravoslav xristianlar da, Antakya Ortodoks Kilsəsində təşkil edilən mərasimə qatıldılar. Diyarbəkirdə yaşayan Aysorlar isə, Pasxa bayramını Məryəm Ana Kilsəsində təşkil edilən ayin ilə qeyd etdi. Kilsənin keşişi Yusuf Akbulut, Türk  dilindǝ  çıxış  etdi. Qızlardan ibarət xor, ilahilər oxudu. Pasxa bayramı səbəbiylə Ədirnədə Bolqar Ortodoks Sveti Georgi Kilsəsində də mərasim təşkil edildi.

 



Әlaqәli Xәbәrlәr