Beynəlxalq Novruz Günü BMT-də qeyd olunub

BMT -nin təşkilatçılığı ilə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.

697344
Beynəlxalq Novruz Günü BMT-də qeyd olunub

BMT-nin Cenevrədəki Bölməsinin yerləşdiyi Millətlər Sarayında Azərbaycan, Albaniya, Əfqanıstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın daimi nümayəndəliklərinin və BMT Bölməsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.

Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Daha sonra, 2010-cu il fevralın 23-də BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş qətnaməyə əsasən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan edilib. Həmin vaxtdan etibarən Novruz Günü BMT-də qeyd olunur. Cenevrədəki tədbir də BMT qətnaməsinə uyğun təşkil edilib.

Açılış mərasimində BMT-nin Cenevrə Bölməsinin Baş direktoru Maykl Möller çıxış edib. O, Novruz bayramının adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini vurğulayıb. M.Möller tədbirin təşkilinə rəhbərlik etdiyinə görə Azərbaycan Respublikasının Daimi nümayəndəliyinə xüsusi minnətdarlığını bildirib. Baş direktor tədbirdə iştirak etmiş 12 ölkənin daimi nümayəndəliklərinin bu təşəbbüsünü mədəniyyətlər və dinlər arasında sərhədlər tanımayan dostluq və həmrəyliyin rəmzi kimi qiymətləndirib.

mənbə:azertag.az


Etiketlәr: #Novruz BMT

Әlaqәli Xәbәrlәr