Las Fallas Festivalına nəhəng kuklarar yandırılaraq son qoyuldu

İspaniyanın Valensiya şəhərində təşkil edilən Las Fallas Festivalı, şəhər mərkəzində yerləşdirilmiş nəhəng kuklaların yandırılmasıyla yekunlaşıb.

Las Fallas Festivalına nəhəng kuklarar yandırılaraq son qoyuldu

Usta dülgərlərin bir illik əməyi olan və şəhər mərkəzinin 30 fərqli yerində yerləşdirilmiş "La Falla" adlanan nəhəng taxta kuklalar, 1 həftə nümayiş etdirildikdən sonra yandırıldılar.

Meksika ilə Amerika Birləşmiş Ştatları (ABŞ) sərhədinə divar inşa etmək istəyən ABŞ prezidenti Donald Trumpı divar tikərkən, Avropa İttifaqının mühacirlərə istiqamətli siyasətindən ötəri tənqidlərə məruz qalan Almaniya kansleri Angela Merkelin "Avropa Oteli"ndə qəbul şefi olduğunu göstərən nəhəng kuklalar, ziyarətçilərin ən çox xatirə fotoşəkili çəkdirdiyi fiqurlar oldu.

Festival, keçən il Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)-nun Dünya Mədəniyyət Mirası Siyahısına salınmışdı.



Әlaqәli Xәbәrlәr