Aşıq Veysəlin vəfatının 44-cü ildönümüdür

Aşıqlıq ənənəsinin ən böyük nümayəndələrindən olan xalq ozanı Aşıq Veysel vəfatının 44-cü ildönümündə “Aşıq Veysəli Anma Konserti” ilə yad ediləcək.

Aşık Veysel-1.jpg
Aşık Veysel -2.jpg
Aşık Veysel-3.jpg

Aşıqlıq ənənəsinin ən böyük nümayəndələrindən olan xalq ozanı Aşıq Veysel vəfatının 44-cü ildönümündə “Aşıq Veysəli Anma Konserti” ilə yad ediləcək.

İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət İdarəsi Sədrliyinin Mədəniyyət tədbirləri Müdirliyi tərəfindən keçirilən tədbir martın 21-də bələdiyyənin Camal Rəşid Rəy konsert salonunda baş tutacaq.

Türk Xalqı Musiqisinin tanınmış nümayəndəsi Cəngiz Özkan Aşıq Veysəlin türkülərini səsləndirəcək.

Aşıq Veysəl Şatıroğlu kimdir? 

Duyğu ve düşüncelerini saz çalaraq dile getiren Aşıq Veysel Şatıroğlu  1894-cü ilin oktyabr ayında Sivasın Şarkışla qəsəbəsinə bağlı Sivrialan kəndində dünyaya gəlib. Anası Gülizar, atası isə Əhməd adlı kəndlilər idi. Veysəlin iki bacısı həmin zamanlarda ərazidə geniş yayılmış çiçək xəstəliyi səbəbindən gənc yaşda vəfat edirlər. Ailənin oğlan övladı da yeddi yaşı olarkən həmin xəstəlikdən hər iki gözünü itirir. Aşıq Veysəl uşaqlıq dövrlərinə təsadüf edən olayı bu şəkildə xatırlayıb…

“Çiçək xəstəliyinə tutulmamışdan əvvəl anam mənim üçün gözəl köynək toxumuşdu. Həmin köynəyi geyinib məni çox istəyən bir nəfərin yanına getmişdim. Geyimim xoşuna gəlmişdi. Həmin gün yağışlı bir gündü, evə qayıdarkən yıxıldım və bir daha ayağa dura bilmədim. Çiçək xəstəliyinə yoluxmuşdum.. Xəstəliyi ağır keçirdirdim. İlk əvvəl sol gözüm tutuldu və daha sonra isə sağ.. Həmin gündən bu günə dünya mənim üçün bir zindandır…”

Bir müddət sonra sağ gözünü də itirir.

Buna baxmayaraq həyat eşqi Veysəli yıxmadı. Atası Əhmədin ona söylədiyi xalq ozan şerlərini əzbərləyir. Aşıq Veysəl atasından çox həvəslə öyrənirdi. Onun saza və aşıq sənətinə olan marağını görən atası  yeniyetmə Aşıq Veysələ saz alır. Aşıq Veysəl atasının bu hədiyyəsinə çox sevinmişdi.

Ancaq saz çalmağı ona Çamışlı Əli Ağa öyrədir.

Aşıq Veysəl 25 yaşında  Esma adında  bir qızla ailə qurur. Ailə qurduqdan bir müddət sonra Aşıq Veysəl  ata və anasını itirir. Bundan sonra həyat yoldaşı Esma da Veysəli atıb gedir. Esma getdiyi zaman Aşıq Veysəl bir yaşlı qızıyla qalır. Keçdiyi həyat hekayəsi ona çox əzab verir və ürəyini parçalayırdı.

 Aşıq Veysəlin cəmiyyətdə tanınmasında  Əhməd Kutsi Tecer müstəsna rol oynayıb.

İlk əvvəl başqa ozanların türkülərini ifa etməyi öyrənən Veysəl 1933-cü ildə Əhməd Qutsi Tecer ilə tanış olduqdan sonra öz türkülərini bəstələyib ifa etməyə başlayır. Türk Aşıq Məktəbinin son ustadı olaraq qəbul edilən Aşıq Veysəl qısa zamanda məhşurlaşmağa başlayır. Tərəfindən öz səsi ilə ifa edilən mahnıları dövlət radiolarında səsləndirilir.

1965-ci ildə aşıq dövlət tərəfindən maaş ilə təmin edilir. 1970-ci illərdə isə Hümeyra, Fikrət Qızılox və Esin Əfşar kimi sənətçilərin aşıq tərəfindən yazılan mahnıları səsləndirməsi onun şöhrətini bütün ölkə hüdudularına yayılması ilə nəticələnir.

Aşıq Veysəl 1973-cü ildə 78 yaşında olarkən ağciyər xərçəngindən vəfat edir.



Әlaqәli Xәbәrlәr