Almaniyanın Münhen şəhəri, 18 Martda ‘Tek Tanrıya Musiqi’ konsertinə ev sahibliyi edəcək

Müsəlman, xristian, yəhudi musiqiçi, müğənni və Səmazənlərdən ibarət 150 qədər sənətçi ortaq konsert verəcək.

Almaniyanın Münhen şəhəri, 18 Martda ‘Tek Tanrıya Musiqi’ konsertinə ev sahibliyi edəcək

'Music for the One God' (Tek Tanrıya Musiqi) konsertində sənətçilər, klassik, təsəvvüfə, orta əsrlərdən barok, klassik Türk musiqisi və  ilahilər kimi  əsərləri türk, ingilis, İtaliya dillərində səsləndirəcəklər. Konya şəhərindən  olan səmazənlər rəqs edəcəklər.

Echo Klassik mükafatı sahibi musiqiçi Mehmet Ç. Yeşilçay rəhbərliyindəki Pera Orkestri, sənətçiləri müşayiət  edəcək.

Üçüncüsü reallaşdırılacaq olan konsertə qatılacaq sənətçilərin  arasında soprano Leonor Amarall, Susan Zarrab, Michal Elia Kamal, klassik Türk musiqisi sənətçisi İbrahim Suat Erbay iştirak edir.

 



Әlaqәli Xәbәrlәr