Suriyalı qaçqınların həyat hekayəsi Angelina Jolie və Cristiano Ronaldonun ifasında

Dünya ulduzlarını bir araya gətirən "Həyat Körpüsü" serialının Qaziantepdə çəkilən fraqmenti artıq hazırdır.

ronaldo suriyeli çocuk.jpg

  Holliwoodun məşhur  aktrisası Angelina Jolie ilə tfutbolçu Cristiano Ronaldonun  rol alacağı suriyalı qaçqın ailəsindən bəhs edən serial 3 mövsüm davam edəcək.

 "Həyat Körpüsü" adlı serialın Qaziantepdə həyata keçirilən fraqment çəkilişləri sona çatıb.

 Serialın rejissoru Eyüp Dirlik  layihəyə "Ya orada qalıb öləcəksiniz, ya da buraya gəlib yaşayacaqsınız" şüarı ilə başladıqlarını söylədi.

 Həqiqi həyat hekayəsini serial vasitəsilə tamaşaçılarla bölüşəcəklərini bildirən Dirlik  mart ayının sonunda bütün komanda ilə serialın çəkilişlərinə başlayacaqlarını bildirdi.
 
 Eyüp Dirlik  filmin aktyor heyəti barədə də məlumat verdi: "Dünya səviyyəsində tanınmış simalar bu layihəyə töhvə vermək üçün Qaziantepə gələcəklər. Bəzi beynəlxalq yardım təşkilatları ilə əlaqə saxladıq, danışıqlar apardıq. Onlar layihəmizə dəstək olacaqları barədə söz verdilər.  Onların arasında Ronaldo və Jolie kimi  yardımsevərliyi ilə də məşhur olan simalar vardır" 
 
 Serialın baş rol ifaçılarından biri Perihan Savaş martın sonunda yenidən Qaziantepə gələcəklərini və çəkiliş prosesinə start veriləcəyini bildirdi. Aktrisa suriyalı qaçqınların Qaziantep həyatlarının və şəhərin qonaqpərvərliyinin əks olunacağı filmdə hər kəsin özünə aid bir hekayə tapacağına ümid edir.
 
 Filmdə oynayacaq aktyor Mustafa Yabaş ciddi və əhəmiyyətli axtarışların nəticəsi olan layihənin onu çox həyəcanlandırdığını ifadə etdi.



Әlaqәli Xәbәrlәr