TRT "İlin Televiziyası" seçildi

Anadolu Yayımçılar Dənəyi Türkiyə Radio Televiziya Qurumunun (TRT) "Dirçəliş Ərtoğrul," "Ömür Dediyin" və "Sevda Quşun Qanadında"  kimi serial və proqramlarını fərqli nominasiyalarda ilin ən yaxşıları seçdi.

625313
TRT "İlin Televiziyası" seçildi

Anadolu Yayımçılar Dənəyi Türkiyə Radio Televiziya Qurumunun (TRT) "Dirçəliş Ərtoğrul" ,"Ömür Dediyin" və "Sevda Quşun Qanadında"  kimi serial və proqramlarını fərqli nominasiyalarda ilin ən yaxşıları seçdi.

  Mükafatları təqdietmə mərasimi paytaxt Ankarada keçirildi.

Mərasimə Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş, Əmək və Sosial Müdafiə naziri Mehmet Müezzinoğlu və çox sayda dəvətli qatıldılar.

Mərasimdə Türk Lirəsi kampaniyasında xalqın aktiv iştirak etdiyini qeyd edən  Kurtulmuş ABŞ dolları ilə olan alış-verişlərin qarşısının alınması məqsədilə həcc və ümrə ödəmələrinin Türkiyə valyutasl ilə həyata keçirələcəyini bildirdi. Kurtulmuş : "Televiziya kanallarının Türksat-a  ödədikləri icarə haqqının da Türk valyutası ilə ödənilməsinin zəruriliyini qeyd etmişdim. Yaxın günlərdə Türksat ilə görüşlər keçiriləcək. Türksat  ödəmələri Türk lirəsi ilə alacaq. Bunun Anadolu mediasına əhəmiyyətli bir töhfə olacağını düşünürəm" dedi.

Mərasimində TRT-yə mükafat yağdı.

Xəbər, idman, əyləncə və mədəniyyət bölmələrində il boyu uğurlu verilişlər yayımlayan TRT "İlin televiziyası" seçildi.

  TRT-nin baş direktoru Şenol Gökaya mükafatı Numan Kurtulmuş təqdim etdi.

 TRT Anadolu Yayımçılar Dərnəyi tərəfindən bu il ikincisi keçirilən "Anadolu Media Mükafatları"nda 5 nominasiyada mükafata layiq görüldü.
  70-ci illərin mühüm siyasi simalarının mübarizələrindən bəhs edən, ilk paralel dövlət idarəçiliyi məsələlərini də işıqlandıran "Sevda Quşun Qanadında"  "İlin Serialı" seçildi.
  "Dirçəliş Ərtoğrul"da  uğurlu qadın oyunçusu Esra Bilgiç Halimə Xatun rolu ilə "İlin Serial Aktrisası" seçildi.

 Hər bir yayımlanan hissəsi sosial mediada paylaşma rekordu vuran "Ömür Dediyin" isə "İlin Sənədli  Proqramı" seçildi.

 TRT baş direktorunun müavini İbrahim Eren də ikinci dəfə "İlin Televiziya Rəhbəri" seçildi.



Әlaqәli Xәbәrlәr