TRT "Mavi velosiped" ortaq istehsalı ilə 3 mükafatı birdən aldı

Rejissor öz filmini dünyanın hər hansı bir küncündə velosiped, ayaqqabı, oyuncaq və ya isti bir yuva həsrəti çəkən uşaqlara ithaf etdiyini söylədi. Ü.Köreken TRT-yə də xüsusi təşəkkür etdi.

596232
TRT "Mavi velosiped" ortaq istehsalı ilə 3 mükafatı birdən aldı

  53-cü Beynəlxalq Antalya Film Festivalı möhtəşəm qala gecəsi qırmızı xalça keçidi üzərindən başladı. Festivalda bir-birindən iddialı filmlər yarışdı.

  Milli Müsabiqə Filmləri kateqoriyasında ən çox diqqət çəkən TRT-nin ortaq istehsalı olan “Mavi Velosiped” filmi oldu. Ümid Körekenin çəkdiyi "Mavi velosiped" “Ən yaxşı film”, “Ən yaxşı ssenari” və “Ən yaxşı rejissor” mükafatlarını almaqla rekord əldə etdi. Rejissor öz filmini dünyanın hər hansı bir küncündə velosiped, ayaqqabı, oyuncaq və ya isti bir yuva həsrəti çəkən uşaqlara ithaf etdiyini söylədi. Ü.Köreken TRT-yə də xüsusi təşəkkür etdi.

  Milli kateqoriyada “İzləyici mükafatı” və “Ən yaxşı musiqi mükafatı”nı “Atamın qanadları” filmi aldı. “Ən yaxşı aktyor” mükafatı bu filmdəki roluna görə Menderes Samancılara verildi. Menderes: "Mən bu mükafatı uşaqları sahillərə vurmuş, ölkəsi parçalanmış suriyalı dostlarım üçün qaldırıram", - dedi.

  Beynəlxalq Müsabiqə Filmləri kateqoriyasında isə “Ən yaxşı film” və “Ən yaxşı rejissor” mükafatını "Tərəddüd" filmi aldı. Bu filmdə oynayan Ecem Uzun həm beynəlxalq, həm də milli kateqoriyada “Ən yaxşı aktrisa” mükafatının sahibi oldu.

  Bu kateqoriyada “İzləyici mükafatı” və “Ən yaxşı ssenari” mükafatı "Açıq qapı" filminə verildi.

  “48 qovşağı” filmi “Ən yaxşı musiqi mükafatı”, filmdə çəkilən Tamer Nafar isə “Ən yaxşı aktyor” mükafatını aldı.

  Qala gecəsində “Həyat boyu uğur mükafatı”, Sümer Tilmaç Dəstək Mükafatı və münsiflər heyətinin xüsusi mükafatları da sahiblərinə təqdim olundu.

 



Әlaqәli Xәbәrlәr