Türk dünyasında ilk böyük dil atlası

Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası

Türk dünyasında ilk böyük dil atlası

 

   Azərbaycan Türkcəsi illər boyu inkişaf edərək bugünkü səviyyəsinə gəlib-çatıb.

  Azərbaycan dilçi alimləri bir gün belə durmadan əsrlər boyu әtraflı araşdırmalar vә mücadilә nәticәsindә Azərbaycan Türkcəsinin mükəmməl ədəbi dilini yaradıblar. Bu ənənə bu gün də davam edir. Azərbaycan Türkcəsinin Naxçıvan dialekti ilə bağlı Azərbaycan alimləri ortaya böyük bir ensiklopedik elmi əsər çıxarıblar.

  Bu elmi әsәrin müәlliflәrindәn Nəsimi adına Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, dosent Kübra Quliyeva TRT “Türkiyənin səsi” radiosu Azərbaycan Türkcəsi şöbəsinin qonağı olub.

  Nəsimi adına Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, dosent doktor Kübra xanım Quliyeva “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” haqqında məlumat verərək bu kitabın nəinki Azərbaycanda, bütün Türk dünyasında bir ilk olduğunu diqqətə çatdırdı.

  Dil bir, din bir Azərbaycan və Türkiyə dövlətlərinin əlaqələrindən bəhs edən Kübra Quliyeva Bilkənt Universitetinə Azərbaycan alim heyətilə iki ölkə arasında olan alimlərin təcrübə mübadilə proqramı xəttilə gəldiyini söyləyərək bu elmi birliklərin bundan sonra da sıx davam edəcəyinə inandığını bildirdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr