Lady Gaga İstanbulda konsert verdi

Lady Gaga İTİ Stadionunda türkiyәli pərəstişkarlarıyla görüşüb

128936
Lady Gaga İstanbulda konsert verdi

Lady Gaga İstanbulda konsert verdi

Məşhur müğənni Lady Gaga, İTİ Stadionunda türkiyәli pərəstişkarlarıyla görüşüb.

"Lady Gaga's artRAVE: the ARTPOP Ball" turnesi çərçivəsində 144 nəfərlik qrupuyla İstanbula gələn məşhur müğənni, sevilən mahnılarını səsləndirib.

Saat 21.00-də başlayacaq konsertә ğәlәn Gaqa pərəstişkarları, artıq günorta saatlarında uzun növbә yaratmaşdı.

Konsertә geçikәn Lady Gaga, pərəstişkarlarını Türk dilindә, "İstanbul sizi sevirəm" sözləriylə salamladı.

Konsertdә 10 müxtәlif libas dəyişdirәn müğənni, Alejandro, Bad Romance, Poker Face, Born This Way və son albomunda yer alan G.U.Y kimi məşhur mahnılarını ifa edib.

Konsertdәn əvvəl Twitter sәyifasindә İstanbul tıxaclarını әks etdirәn fotoşəkil paylaşan Gaga, ötən gün Instagram sәhifәsindә otel otağından bir neçә fotoşəkil paylaşaraq, İstanbulda olduğum müddәtdә yeni mahnı sözləri yazacağam xәbәrini verib.

Turnenin Avropa bölmәsinin ilk konserti üçün 21 TIR-la İstanbula gələn Lady Gagaya səhnədə 14 rəqqas və 5 nәfәr qrup üzvü müşaәt edib.

Müğənni, Avropa turnesi çərçivəsində 68 şəhərdə 78 konsert verәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr