Liderlәr Nuri Bilgə Ceylanı təbrik ediblər

Dövlət başçısı Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğan Kann Kinofestivalında “Qızıl Palma” mükafatını alan Nuri Bilgə Ceylanı təbrik ediblər.

73058
Liderlәr Nuri Bilgə Ceylanı təbrik ediblər

Dövlət başçısı Abdullah Gül və baş nazir Rəcəb Tayyip Ərdoğan Kann Kinofestivalında “Qızıl Palma” mükafatını alan Nuri Bilgə Ceylanı təbrik ediblər. Abdullah Gül rejissora teleqram göndərərək 100-cü ildönümündə Türk Kinosunun inkişaf etdiyini sübut edən bu mükafatdan məmnun olduğunu dilə gətirib. Gül bu günə qədər aralarında Dövlət Başçısı Mədəniyyət və Sənət Mükafatının da olduğu bir çox mükafata layiq görülən Nuri Bilgə Ceylanın “Qızıl Palma” müküfatı ilə öz uğurlarını daha da artırtdığını bildirib və türk xalqına böyük qürur və xoşbəxtlik yaşadan Ceylanı, filmin bütün heyətini və aktyorları təbrik edib. Baş nazir Rəcəb Tayyip Ərdoğan da rejissora zəng edərək türk kinosuna verdiyi töhfələr üçün onu təbrik edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr