Dünya Mələk İnvestisiya Forumu İstanbulda keçirilir

Tədbirdə dünya mələk sərmayədarlığı, kütləvi fondlama mexanizmləri və yeni qlobal iqtisadiyyatda mələk investisiyasının yayılması mövzuları mütəxəssislər tərəfindən müzakirə olunur.

1147495
Dünya Mələk İnvestisiya Forumu İstanbulda keçirilir

Dünyanın ən böyük erkən mərhələ sərmayə və investisiya bazarları birliyinin milyardlarla dollarlıq fondlarını idarə edən mələk sərmayəçilərinin iştirak etdikləri Dünya Mələk İnvestisiya Forumu (World Business Angels İnvestment Forum - WBAF) İstanbulda başladı.

WBAF-ın açılışı Gənclik və İdman naziri Mehmet Məhərrəm Kasapoğlu, Xorvatiyanın prezidenti Kolinda Qrabar Kitaroviç və Kosova parlamentinin sədri Kadri Veselilə yanaşı müxtəlif ölkələrdən nazir və yüksək səviyyəli bürokratın iştirakı ilə baş tutub.

Forumda dünyanın qabaqcıl birja nümayəndələri, varlıq fondu idarəçiləri, ortaq investisiya fondlarının nümayəndələri, sərvət idarəetmə mütəxəssisləri, özəl bank təmsilçiləri, 100 milyon dollardan yuxarı maliyyəsi olan şirkətlərin beynəlxalq idarəçiləri (CEO) və 20 ölkədən nazir səviyyəsində qonaqlar iştirak edir.

Tədbirdə dünya mələk sərmayədarlığı, kütləvi fondlama mexanizmləri və yeni qlobal iqtisadiyyatda mələk investisiyasının yayılması mövzuları mütəxəssislər tərəfindən müzakirə olunur.

Forumda açılış niqtilə çıxış edən Xorvatiya prezidenti Kolinda Qrabar Kitaroviç WBAF-ın qlobal iqtisadiyyatda tərəfdaşlar arasında əməkdaşlığı artırmaq üçün əhəmiyyətli layihələrə imza atdığını bildirərək “WBAF Xorvatiyada ofis açaraq məni və ölkəmi həqiqətdən qürurlandırdı. Xorvatiyada bir çox sərmayədarı bir araya gətirərək, iş imkanlarının artırılması mənasında WBAF çox uğurlu fəaliyyətlərini davam etdirir” deyib.

Kosova Parlamentinin sədri Kadri Veseli isə dünyada təşəbbüskarlığın əhəmiyyətinin daha yaxşı başa düşülməyə başlandığına işarə edərək, bu nöqtədə tərəfdaşlar arasında ünsiyyətin və əməkdaşlığın əhəmiyyətinin daha yaxşı dərk olunduğunu söyləyib.

  Qeyd edək ki, mələk investor - hələ yolun başında olan (start-up) bir işə investisiya qoyan, müəssisələrin böyümə və inkişafı üçün sərmayə təmin edən adama deyilir.



Әlaqәli Xәbәrlәr