Rusiya Pakistana 10 milyard dollarlıq sərmayə qoyacaq

Rusiya və Pakistan Orta Şərqdəki təbii qazın Pakistan üzərindən Cənubi Asiyaya nəql edilməsi və Pakistanın dənizdə neft yataqlarının axtarış kəşfiyyat işlərinə 10 milyard dollarlıq sərmayə qoyulması məsələsində razılıq əldə etdilər.

Rusiya Pakistana 10 milyard dollarlıq sərmayə qoyacaq

Rusiya və Pakistan Orta Şərqdəki təbii qazın Pakistan üzərindən Cənubi Asiyaya nəql edilməsi və Pakistanın dənizdə neft yataqlarının axtarış kəşfiyyat işlərinə 10 milyard dollarlıq sərmayə qoyulması məsələsində razılıq əldə etdilər.

Bununla bağlı müqavilə Pakistanın paytaxtı İslamabadda Pakistan Beynəlxalq Qaz Sistemləri Şirkəti (ISGSL) ilə Rusiyanın "Qazprom"  şirkəti arasında imzalandı.

İmza atma mərasimində Pakistanın Neft naziri Qulam Sərvər Xan iştirak etdi.

Mərasimdən əvvəl çıxış edən Xan sentyabr ayında iki ölkənin energetika nazirlərinin keçirdiyi görüşdə Orta Şərqdəki təbii qaz mənbələrindən dənizin altından Pakistana boru xəttinin çəkilməsi məsələsində fikir birliyi əldə etdiklərini söyləyərək: "Rusiya təbii qaz və neft sahələrinə 10 milyard dollar sərmayə qoyacaq" deyə bildirdi.

Çıxışlardan sonra keçirilən imza atma mərasimində müqaviləni Pakistan adından Pakistan Beynəlxalq Qaz Sistemləri Şirkətinin baş direktoru Mubin Saulat, Rusiya tərəfindən isə "Qazprom" şirkətinin baş direktorunun müavini Vitaliy Markelov imzaladılar.

Pakistan Beynəlxalq Qaz Sistemləri Şirkətindən verilən məlumata görə, "Qazprom"un da Orta Şərqdəki mənbələrindən əldə edilən təbii qaz dənizin altından çəkiləcək boru kəməri vasitəsi ilə Pakistana nəql ediləcək. "Qazprom" həmçinin, Pakistanda yeraltı qaz anbarı ilə dəniz suyu ayırma zavodu inşa edəcək.

Pakistan gündə 14-28 milyon kubmetr qaz ala biləcək. Buradan qaz  digər Cənubi Asiya ölkələrinə də boru kəmərləri vasitəsilə çatdırılacaq.

"Qazprom" eyni zamanda, Pakistanda neft yataqlarının axtarış kəşfiyyat  işləri aparacaq.

Təbii qaz boru kəməri layihəsinin 4 il ərzində başa çatdırılması gözlənilir.


Etiketlәr: təbii qaz , neft , Pakistan , Rusiya

Әlaqәli Xәbәrlәr