Türkiyə ilə Qətər arasındakı əlaqələr hər sahədə inkişaf edir

Türkiyənin Qətərə ixracatı 630 milyon dollardan 1 milyard 19 milyon dollara çatdı.

Türkiyə ilə Qətər arasındakı əlaqələr hər sahədə inkişaf edir

Qətərə ixrac 2018-ci ildə əvvəlki il ilə müqayisədə 62 faiz artdı.

Türkiyənin Qətərə ixracatı 630 milyon dollardan 1 milyard 19 milyon dollara çatdı.

Türkiyənin Doha səfiri Fikrət Özər 2019-cu ildə bu rəqəmin 1,5 milyard dollara çatacağını bildirdi.

Səfir Özər Türkiyə ilə Qətərin dünya məsələlərinə eyni nəzər saldığına, iqtisadiyyat sahəsində də əlaqələrin güclənməkdə davam etdiyinə diqqət çəkib.

Özər iki ölkə arasında ticarət həcminin 2 milyard dolları keçdiyini də qeyd edib.

Fikrət Özər Qətərin dünyada ilk dəfə Türkiyə ilə ticarətin asanlaşdırılmasına dair saziş imzalandığını, bu saziş ilə müxtəlif vergilərin ləğv olunacağını, ixracatın daha rahat olacağını söyləyib.



Әlaqәli Xәbәrlәr