Davosda Dünya İqtisadi Forumu başlayır

Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu öz işinə başlayacaq.

Davosda Dünya İqtisadi Forumu başlayır

Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu öz işinə başlayacaq.

Dünyanı narahat edən mühüm məsələlərin müzakirə olunacağı budəfəki forum qlobal narahatlıq yaradan bir sıra risk amillərinin müzakirəsi baxımından diqqət çəkəcək.

“Qloballaşma: Dördüncü sənaye inqilabı dövründə qlobal strukturu formalaşdırmaq” mövzusunda keçiriləcək zirvədə 110 ölkədən 3 mindən çox siyasətçi, biznesmen, elm adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələri 350-dən çox iclasda iştirak edəcək.

Forumda Türkiyəni  Xəzinə və Maliyyə naziri Berat Albayrak, Ticarət naziri Ruhsar Pekcan və Mərkəzi Bankın sədri Murat Çetinkayanın təmsil edəcəyi gözlənilir.

Forumun budəfəki gündəmi 2019-cu ilin qlobal risklərinə və onların müzakirəsinə həsr olunacaq. Forumun hazırladığı hesabata görə, bu ilin ən böyük riskləri geosiyasi və geoiqtisadi sferanı əhatə edir, ən çox diqqət çəkən məqam isə iqlim böhranıdır.

Müvəqqəti büdcə böhranına görə federal hökumətin bağlanmasını amil kimi göstərərək Davos Zirvəsinə qatılmayacağını açıqlayan ABŞ prezidenti Donald Trampla yanaşı İngiltərə Baş naziri Tereza Mey və Fransa prezidenti Emmanuel Makron da zirvədə iştirak etməyəcək. 



Әlaqәli Xәbәrlәr