Samsun vilayǝtindǝn 26 ölkǝyǝ balıq ixrac edildi

2018-ci ildə Samsun vilayətindən ABŞ-a kilkə, Vyetnama isə alabalıq ixrac edildi.

Samsun vilayǝtindǝn 26 ölkǝyǝ balıq ixrac edildi

2018-ci ildə Samsundan 26 ölkəyə başda su məhsulları olmaqla heyva məhsulu ixrac edilib. Reallaşan ixracın 25 milyon dollarını su məhsulları, 5 milyon dollarını isə qanadlı heyvan əti və ət məhsulları təşkil edib.

Məlumata görə Dəniz məhsulları ixracı ən çox Norveç, Vyetnam və İsrailə edilib. Bildirilir ki, Samsundan Norveçə edilən balıq ixracı 2 milyon 59 min 542 kiloqram olub. İsrailə isə 1 milyon 28 min 580 kiloqram balıq yağı ixrac edilərkən, ABŞ-a da 2018-də ilk dəfə 2 min 245 kiloqram kilkə, Vyetnama 2 milyon 136 min 469 kiloqram təzə alabalıq göndərildi. Britaniya, İspaniya, Liviya, Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Dubaya isə başda alabalıq və kilkə olmaqla müxtəlif dəniz mǝhsulları ixracı reallaşdırılıb.

 

 



Әlaqәli Xәbәrlәr