Almaniyanın silah və hərbi texnika ixracı azalıb

Almaniyanın silah və hərbi texnika satışı, 2018-ci ildə bir əvvəlki ilə müqayisədə 23% azalıb.

Almaniyanın silah və hərbi texnika ixracı azalıb

Almaniya İqtisadiyyat və Enerji Nazirliyinin hesabatında bildirilib ki, hökumət ötən il 4 milyard 820 milyon avroluq silah və hərbi texnika ixracına dair sənəd təsdiqləyib. Bu da 2017-ci ilə müqayisədə göstərir ki, silah satışı 23% azalıb.

2015-ci ildə Almaniya 7.86 milyard avro silah ixrac edərək rekord qırdı.

Alman hökuməti, Səudiyyə jurnalist Camal Xaşoqçi 2 oktyabrda İstanbul Baş konsulluğunda qətl edildikdən sonra Səudiyyə Ərəbistanına silah satmayacaqlarını bildirmişdi. İqtisadiyyat və Enerji Nazirliyi də dünən həmin qərarın qüvvədə olduğunu xatırlatdı.

Qeyd edək ki, Alman hökumətinin Səudiyyə Ərəbistanına silah ixracatını məhdudlaşdırması Alman Təhlükəsizlik və Müdafiə Sənayesini narahat etmiş və qərarının tamamən siyası olduğunu, bunun cəriməsini şirkətlərin çəkməmələrinin lazım gəldiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr