İranın neft ixracı azalır

İranın xarici gəlirlərinin əhəmiyyətli bir hissəsini təşkil edən neft ixracında azalma müşahidə olunur.

İranın neft ixracı azalır

İranın xarici gəlirlərinin əhəmiyyətli bir hissəsini təşkil edən neft ixracında azalma müşahidə olunur.

İranla nüvə müqaviləsini birtərəfli şəkildə ləğv etdiyini açıqlayan Amerika Birləşmiş Ştatlarının İranın dəniz yükdaşımaları, maliyyə və energetika sahələrini hədəf alan ikinci dalğa sanksiyaları 2018-ci ilin noyabr ayından etibarən tətbiq olunmağa başladı.

Bu tarixdən etibarən İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə beynəlxalq məhdudiyyətlər qoyuldu. İqtisadiyyatı ,neft üzərində qurulan  İranın neft və neft məhsullarının ixracına sanksiyalar tətbiq olundu. 

Sanksiyalardan əvvəl günlük təxminən 2,4 milyon barrel neft ixrac edən İranın sanksiyalardan sonra satışları 1 milyon barrelin altına düşdü.

Ölkənin xam neft ixracı 2018-ci ilin ilk aylarında günlük 2,4 barrel səviyyəsində idi. İlin sonunda isə bu nisbət yarıya qədər azaldı.

İranın dövlət gəlirlərinin 70%-dən çoxunu neft ixracı təmin edir.

Ölkədə neft gəlirlərinin 2017-ci ildəki 50-55 milyard dollar səviyyəsi 2018-ci ildə 30-35 milyard dollar səviyyəsinə endi. Neft gəlirlərinin 2019-cu ildə  20 milyard dollar səviyyəsinə enəcəyi təxmin edilir.

 



Әlaqәli Xәbәrlәr