Türkiyədən Rusiyaya meyvə-tərəvəz ixracı artıb

2018-ci ilin yanvar-oktyabr ayları arasında Türkiyədən Rusiyaya 465 milyon 677 min 118 dollarlıq meyvə və tərəvəz ixrac edilib. İxrac edilən məhsulların başında 66 milyon 882 min dollarla şaftalı yer tutub.

1090840
Türkiyədən Rusiyaya meyvə-tərəvəz ixracı artıb

  Bu barədə Şərqi Qaradəniz İxracatçılar Birliyi məlumat yayıb. Bildirilib ki, 2018-ci ilin ilk 10 ayında Türkiyədən Rusiyaya 673 min 222 ton meyvə və tərəvəz ixrac edilib. Bu da o deməkdir ki, meyvə-tərəvəz ixracı ötən ilin müvafiq dövrülə müqayisədə 18 % , məbləğ olaraq 24% artaraq 465 milyon 677 min 118 dollara çatıb.

  Rusiyaya ən çox ixrac edilən məhsul 72 min 932 tonla şaftalı olub. Bu meyvənin ixracından 66 milyon 882 min 173 dollar gəlir əldə edilib.

  Qeyd edək ki, ötən il Rusiyaya 56 min 249 ton şaftalı ixrac edilmiş və əldə edilən gəlir 54 milyon 578 min 992 dollar olmuşdu. Bu rəqəmlər göstərir ki, 2018-də Rusiyaya şaftalı ixracı ötən illə müqayisədə 30, dəyər olaraq isə 23 % artıb.



Әlaqәli Xәbәrlәr