ABŞ Mərkəzi Bankının sədri ölkə iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu bildirdi

ABŞ Mərkəzi Bankının sədri Jerome Povel ölkə iqtisadiyyatının qlobal inkişafın yavaşımasına baxmayaraq yaxşı vəziyyətdə olduğunu bildirdi.

1088522

Povel Dallah şəhərində keçirilən “Qlobal perspektivlər” mövzulu iclasda ölkə iqtisadiyyatı və pul siyasətinə dair suallara cavab verdi.

ABŞ iqtisadiyyatının mövcud vəziyyətindən məmnunluğunu dilə gətirən Povel böyümənin güclü və inflyasiyanın aşağı olduğuna işarə edərək deyib ki, “FED”in məqsədi işsizlik və inflyasiyanı mümkün olduğu qədər aşağıda saxlamaqdır.  Mərkəzi bank pul siyasətini bu məqsədə uyğun şəkildə nizamlamağa davam edəcək. Gələcək il bütün siyasət yığıncaqlarından sonra mətbuat konfransı keçiriləcək.  

Bazarların bu dəyişikliklə “FED”in hər yığıncağında faiz artırma ehtimalı olmasına zaman erzində öyrəşəcəklərini qeyd edən Povel “Gələcək ilki bütün yığıncaqlar faiz artırma ehtimalı baxımından fəal olacaq” deyə bildirib.  

“Bizim vəzifəmiz ABŞ-da sabit qiymət, hər baxımdan iş gücü yaradılması və maliyyə sabitliyinin şərtlərini təmin etməkdir. Ancaq dünya miqyasında nələrin baş verdiyi də əhəmiyyət kəsb edir”-deyə Povel vurğulayıb.

Әlaqәli Xәbәrlәr