• Video Qalereya

Türkiyə 44 ölkəyə 5 min 458 ton bal satdı

Türkiyə ilin ilk 10 ayı ərzində 21 milyon 785 min 623 dollarlıq bal ixrac etdi.

Türkiyə 44 ölkəyə 5 min 458 ton bal satdı

Türkiyə ilin ilk 10 ayı ərzində 21 milyon 785 min 623 dollarlıq bal ixrac etdi.

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin məlumatına görə, ilin ilk on ayında 44 ölkəyə 5 min 458 ton bal satıldı.

Balın ixracında 2 min 207 tonla Almaniya birinci yeri tutdu.

Bu ölkəyə edilən bal ixracından 10 milyon 116 min 939 dollar gəlir əldə edildi.

Bu dövrdə ABŞ-a 5 milyon 36 min 125 dollar, İspaniyaya 1 milyon 324 min 16 dollar, Səudiyyə Ərəbistanına 1 milyon 280 min 415 dollarlıq bal satıldı.

Şərqi Qara dəniz bölgəsindən Səudiyyə Ərəbistanı, Almaniya, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə 327 min 447 dollar müqabilində 35 ton bal ixrac edildi.


Etiketlәr: ixrac , bal

Әlaqәli Xәbәrlәr