İran neftin qiymətini endirdi

Tehran Enerji Birjasında 79 dollardan satılan neftin  bareli 64,97 dollara endirildi

İran neftin qiymətini endirdi

Neft Nazirliyi mövzu ilə əlaqəli məlumat yayıb. Bildirib ki, dünən birjada satışa çıxarılan 700 min barel neftin qiyməti 79 dollardan,  64,97 dollara endirilərək   satıldı.  Qiyməti endirilən neft üç fərqli şirkət tərəfindən satın alındı.

İran atdığı bu addımla, 5 Noyabrda qüvvəyə minən ikinci sanksiya qərarına qarşı neftin ölkə daxilində satışını yayğınlaşdıraraq nağd valyuta hərəkətini bərpa etmək istəyir.

Qeyd edək ki, Neft Nazirliyi tərəfindən ilk dəfə Tehran birjasında satışa çıxarılan neftin bareli   daha   əvvəl  79.15 dollardan satılmışdı.



Әlaqәli Xәbәrlәr